“Təbiət oyanır , elimizə yaz gəlir!” adlı musiqili- əyləncəli tədbir 5 b sinfi

         22.02.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin dil- ədəbiyyat müəllimi Yeganə Bəkirovanın rəhbərliyi ilə 5B sinif şagirdlərinin iştirakı ilə “Təbiət oyanır , elimizə yaz gəlir!” adlı musiqili- əyləncəli tədbir keçirildi. Tədbirdə “ Su çərşənbəsi” , suyun təbiətdə insan həyatında rolu haqqında məlumat verildi , suya aid sözlər, şeirlər söylənildi.

       Tədbir əyləncəli xarakter daşıdığından yanıltmaclardan, tapmacalardan, sanamalardan da maraqlı və gözəl nümunələr təqdim olundu. Şagirdlər xalq uşaq oyunları haqqında bildiklərini əyani olaraq göstərdilər . Belə ki, yumurta döyüşdürdülər. “ Əl üstə kimin əli?” adlı uşaq oyununu da nümayiş etdirdilər.

       Tədbir əyləncəli xarakter daşımaqla yanaşı , şagirdlərin  Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini daha yaxşı öyrənməyə və beləliklə də , təhsilin keyfiyyətini yüksəktməyə yönəldilmişdir.

       Dekorasiya, xalqımızın tarixini əks etdirən qablar, xalça maketləri, şagirdlərdən Zərif Əsgərovanın kanonda xalq musiqisini ifa etməyi, Banu Muxtarovanın bahara aid rəsm çəkməsi tədbirə xüsusi gözəllik qatmışdır.

      Tədbirin sonunda məktəbin direktoru Qənirə Sultanova şagirdləri ilk çərşənbə münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi