21 fevral "Ana Dili" günüdür. 7b sinfi
21 fevral "Ana Dili" günüdür.
21. 02. 2022 -ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbdə dil - ədəbiyyat müəllimi Həcər Həsənovanın rəhbərliyi ilə VII b sinif şagirdləri "Ana dili"gününə həsr olunmuş tədbir keçirmişlər.
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999- cu ilin noyabrında Banqladeş səfirinim təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq "Ana Dili " günü kimi elan edilib.
Bildiyimiz kimi Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Hər bir insan öz Ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində və mükəmməl təhsil almasında mühüm rol oynayır.
Millətin dilinin Dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004- cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.