"Öz dilimizdə düzgün danışaq" 3c sinfi

           21 fevral - Beynəlxalq Ana dili günü münasibətilə 21.02.2022- ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin sinif müəllimi Firəngiz Bayramovanın rəhbərliyi ilə 3C sinfində “ Sinif təşkilat saatı “ keçirilmişdir . Bayramova Firəngiz  şagirdlərə bu günün önəmi, tarixi və əhəmiyyəti barədə məlumat vermiş, ana dilinə həsr edilmiş videoçarxa baxılmışdır. Daha sonra şagirdlər Ana dili haqda danışmış, şeir söyləmiş, bayatılar səsləndirmişlər. "Öz dilimizdə düzgün danışaq" başlığı ilə hazırlanmış vərəqdəki sözlər şagirdlərə paylanmış, əhəmiyyəti vurğulanmışdır. Sonda şagirdlər Gülağa Məmmədovun " Şirin dil" mahnısını dinləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi