10c sinfi İməclik
Son dövrlərdə orta məktəblərdə baş verən xoşagəlməz hadisələr məktəblərə və müəllimlərə yönəlmiş bir aksiyanı xatırladır.Lakin unutmaq olmaz ki, şagird- müəllim həmfikir olduqda , istənilən nöqsanların öhdəsindən gəlmək olur.
Məhz Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə olduğu kimi. Məktəbin idman müəllimi Elçin Babayev 10 C sinif şagirdləri ilə birlikdə sinif otağında iməcilik keçirtdi. Şagirdlərə vaxtdan səmərəli istifadə etməyi , başqasının zəhmətinə hörmətlə yanaşmağı da aşıladı.
Ümüd edirik ki, şagirdlərimiz bu tövsiyələrdən yetərincə yararlandılar.