31.01.2022 Sinif rəhbərləri ilə görüş

        31.01.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin direktoru Qənirə xanım Sultanova sinif rəhbərləri ilə görüş keçirdi. Görüşdə əsas məsələ olaraq son zamanlar məktəblərdə baş verən xoşagəlməz şagird davranışlarının qarşısının alınması üçün məktəbdə aparılmalı olan profilaktik işlərin yüksək səviyyədə təşkil edilməsi, sağlam təhsil mühitinin yaradılması və digər məsələlər barədə məlumat verildi. Eyni zamanda tədris prosesində tamlığın qorunmasını təmin etmək üçün şagirdlərin telefondan istifadə hallarının qarşısını almaq məqsədilə müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi