Bakı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkil etdiyi “ Açıq Qapı” Günü tədbiri
28.01.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyevanın rəhbərliyi ilə 9 B sinif şagirdləri və sinif rəhbəri Vüsalə Kazımova Bakı Sənaye və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkil etdiyi “ Açıq Qapı” Günü tədbirində iştirak etdilər. Mərkəz tərəfindən təşkil olunmuş infotur şagirdlərin peşə seçiminə dəstək olmaq məqsədi ilə keçirilmişdir.
Yüksək səviyyədə təşkil olunmuş görüşə görə Mərkəzin rəhbərliyinə təşəkkürümüzü bildiririk.