1b sinfi -Ağacdan asılmış quş yuvacıqları.
Bir səs gəlir uzaqdan,
Mən dinlərəm bayaqdan:
Söylər ki, qış yavuqdur,
Sizin yerlər sovuqdur.
Var isticə ölkələr,
Qışda bizə xoş gələr.
Səbir eylə , qoy yaz olsun,
Bir qar , yağış az olsun,
Sovqat gətirər quşlar
Sizə gözəl mahnılar.
Quşların bu soyuq qış günündə üşüməsini , uçub getməsini istəməyən Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məkəbin sinif müəllimi Xatirə Hümbətovanın rəhbərlik etdiyi 1B sinif şagirdləri bilirsiz nə ediblər?
Məktəbin qarşısında ağaca baxsanız əlavə şərhə ehtiyac duymayacaqsınız.