“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda tədbir IX-XI siniflər
24.01.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin nümayəndələri qonaq oldular. Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyevanın təşkilatçılığı ilə “ Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda keçirilən tədbirdə qonaqlar IX-XI sinif şagirdlərinə peşə seçiminin insan həyatında mahiyyətindən, peşəyönümünün müxtəlif istiqamətlərindən maraqlı məlumatlar verdilər.
Tədbirin sonunda aktiv iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə təltif olundular.