3c sinfi "Şərikli çörək" filminə baxış
Uşaqların həyatında tərbiyəvi-əhəmiyyətli filmlərə baxmağın da mühüm rol oynadığını düşünərək Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin 3c sinfində böyük tənəffüs ərzində "Şərikli çörək" filminə baxış keçirilmişdir. Sinif müəllimi Firəngiz Bayramova filmdəki Vaqif obrazının və digər uşaqların müharibənin çətin günlərində bir-birlərinə olan münasibətləri, baş qəhrəman Vaqifin ac olduğu halda çörəyini digərlərilə bölüşməyi, müharibənin kiçik uşaqların həyatına təsiri səhnələri haqqında uşaqlarla maraqlı söhbət aparmışdır.