7b sinfi "20 Yanvar " mövzusunda təqdimat
“ 20 Yanvar” mövzusunda məktəb səviyyəsində təşkil olunan tədbirlər şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq, bu silinməz qan yaddaşını nəsildən- nəsilə ötürməkdən ibarətdir. Çünki hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqilliyin , suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində başa gəldiyini unutmamalıdır.
Bu məqsədlə, Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilmişdir. Bunlardan, 19.01.2022- ci il tarixində məktəbin dil-ədəbiyyat müəllimi Həcər Həsənovanın rəhbərliyi ilə 7 B sinfində baş tutmuşdur.