Diqqətin yoxlanması 1-ci sinif
12 yanvar tarixində məktəbimizin psixoloqu O. Səbinə xanım diqqətin yoxlanması məqsədilə 1-ci siniflərlə iş apardı. Uşaqlara ümumi məlumatlar içərisindən onlar üçün önəmli olan məlumatı seçməyi və diqqətini əsas onun üzərində cəmləməyi öyrətmək önəmlidir. Bu tapşırıqlar diqqətin əsas xüsusiyyətlərini inkişaf etdirəcək, eyni zamanda diqqətin paylanması, cəmlənməsi, davamlılığı və ötürülməsinə təsir edəcək.