“20 Yanvar - xalqımızın hüzn, həm də zəfər günüdür!” 6c sinfi
17.01.2022- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin tarix müəllimi Minayə Nəzərovanın rəhbərliyi altında 6c sinfində “20 Yanvar” hadisələrinə həsr olunmuş “20 Yanvar - xalqımızın hüzn, həm də zəfər günüdür!” mövzusunda “ dəyirmi masa” keçirildi.
O, Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı.
Tədbirdə məktəbin Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva iştirak etdi və müstəqillik uğrunda canlarını fəda edən Şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu vurğuladı.