Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, Nə də ulduzlar kimi parlayıb sönməməkdir.

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir, Nə də ulduzlar kimi parlayıb sönməməkdir.Ölməzliyi düşünmək boşuna bir əməkdir, Qəhrəmanlıq saldırıb bir daha dönməməkdir.02 aprel 2015-ci il tarixdə 144 nömrəli tam orta məktəbdə şəhid Babayev Namiq Yaşar oğlunun 45 illik yubileyi münasibəti ilə anım tədbiri təşkil edildi. Tədbirdə məktəbin müəllim və şagird heyəti, Binəqədi rayonu icra hakimiyyəti nümayəndələri, vaxtilə Şəhidə dərs demiş müəllimlər, eləcə də "Məşəl" ictimai birliyinin sədr və sədr müavini, üzvləri olan Qarabağ döyüşlərinin iştirakçıları iştirak etdilər. Tədbirdə çıxış edənlər Şəhidin xatirəsini uca tutaraq ona xas olan yüksən insani və vətənpərvərlik xüsusiyyətlərini qeyd etdilər. Məktəbin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya səsləndirildi. Sonra isə bir qrup tədbir iştirakçıları şəhidin ailəsini ziyarət etdilər. Allah bütün şəhidlərə rəhmət eləsin! AMİN!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi