II Qarabağ qazisi Hümbət Quluzadə
Məktəbimizin məzunu Hümbət Quluzadə bu gün doğma məktəbinə sevimli müəllimləri ilə görüşə gəlmişdir.
II Qarabağ müharibəsi başlamazdan iki ay öncə hərbi xidmətə çağrılmışdır. Xocəvənd rayonunun işğaldan azad edilməsində iştirak etmişdir. Yanında top mərmisi partlayışı nəticəsində yaralanmışdır. 44 günlük savaş bitdikdən sonra hərbi xidmətini layiqincə Şuşada davam etmişdir. Şükürlər olsun ki, sağ salamat xidmətini başa vurub ordudan təxris olundu və doğmalarının yanına qayıtdı.
Yolun açıq olsun, mənim balam! Bizə yaşatdığınız Qələbə sevincinə görə sizlərə borcluyuq.
Allah Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.