"Ötən ilin son gecəsi " filmi 10 a sinfi
30.12.2021- ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Vəsmiyə Aslanovanın təşkilatçılığı ilə 10 a sinfində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə yazıçı Anar Rzayevin eyni adlı əsəri əsasında çəkilmiş "Ötən ilin son gecəsi " filmi nümayiş olundu.Məqsəd bir ailənin ilin son günündəki həyatının timsalında ciddi mənəvi- əxlaqi problemlərə toxunmaq, şagirdləri bir çox suallar barədə düşünməyə vadar etmək, övladların bir qisminin böyüyəndən sonra valideynlərindən soyumasına, bəzən də uzaqlaşmasına aydınlıq gətirmək idi.
Hər bir vəziyyətdə övladlarını düşünən Həmidə ananın vəziyyəti şagirdlər arasında diskussiyaya səbəb oldu.