" Dünya Azərbaycanlılarının həmrəylik günü" 5c sinfi
Vətən mənim al şəfəqli səhərim,
Onsuz günəş gözlərimdə soyuyur,
Vətənsizin nə günəşi, nə ayı?
Vətən yoxsa , hər şey hədər, havayı.
Ağuşuna çəkər məni torpağım,
Harda olsam, harda gəzib dolaşsam,
Burda tapar əks-səda sorağım.
Bir- birindən hər şey qopar, ayrılar.
Ayrılmayan bəs nə var? Mən, bir də Vətən!
29.12.2021- ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Vəsmiyə Aslanovanın təşəbbüsü ilə 5 c sinif şagirdləri Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş ədəbi- bədii kompozisiyaya imza atdılar.Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra söz şagirdlərə verildi.
Sonda şagirdlərin ifasında "Qarabağ" mahnısı səsləndi.
Ani olaraq tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyevanın "Şaxta baba " sürprizinin tədbirə yeni bir ovqat gətirməsi şagirdlərin təəccübünə səbəb oldu.