“ Nizami Gəncəvi-880 illik əbədi dəyər” 5 b sinfi
28.12.2021- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin 5 B sinfində ədəbiyyat müəllimi Yeganə Bəkirovanın rəhbərliyi altında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “ Nizami Gəncəvi-880 illik əbədi dəyər” mövzusunda dərsdənkənar tədbir keçirilmişdir. Tədbirdə N. Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verilmiş , əsərlərinin tərbiyəvi cəhətləri diqqətə çatdırılmışdır. Şagirdlər N. Gəncəvinin “ Sirlər xəzinəsi” əsərindən “ Kərpickəsən kişinin dastanı” əsərini səhnələşdirmişlər.
Mövzu ilə əlaqədar şagirdlər müxtəlif təqdimatlar, slayd, N. Gəncəvinin portreti, əsərlərinə aid şəkillər təqdim etmişlər.