" Dünya Azərbaycanlılarının həmrəylik günü" 7 b sinfi
28.12.2021-ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbdə ədəbiyyat müəllimi Həcər Həsənovanın rəhbərliyi ilə 31 Dekabr " Dünya Azərbaycanlılarının həmrəylik günü"dür mövzusunda 7b sinif şagirdlərinin iştrakı ilə tədbir keçirildi.
Tədbirdə hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə , həm də onların bir - birləri ilə sıx ünsiyyət qurmalarına, milli - mənəvi dəyərlərimizin , adət- ənənələrimizin qorunub saxlanılmasına xidmət etməsi mövzusunda şagirdlərin hazırladıqları məruzələr dinlənidi.
Daha sonra 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil olmasını və bu tarixin rəsmiləşdirilməsinin ümumilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğu şagirdlər tərəfindən xüsusi vurğulandı. Daha sonra şagirdlər tərəfindən hazırlanmış Həmrəylik gününə aid video çarxlar təqdim olundu.
Tədbirin sonunda Təşkilat işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva və Azərbaycan dili və Ədəbiyyat müəllimi Vəsmiyyə Aslanova öz ürək sözlərini söylədilər.