REPRODUKTİV SAĞLAMLIQ" MÖVZUSUNDA SEMİNAR
Reproduktiv sağlamlıq nədir?
Reproduktiv sağlamlıq dedikdə, əsasən, nəsil artımı qabiliyyətinin olması və azad seçim nəzərdə tutulur. Başqa sözlə desək, reproduktiv sağlamlıq-reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.
Bu gün məktəbin VI sinif qızları arasında "Reproduktiv sağlamlıq" mövzusunda görüş təşkil olundu.Seminarda məktəbimizin həkimi Ceyran xanım və psixoloq S. Orucova görüş iştirakçılarına yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı, repreduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu qeyd etdi, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etməsi barədə söhbətlər apardılar.