IX A sinfində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “ dəyirmi masa”
10.12.2021-ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin tarix müəllimi Mədinə Əsgərovanın rəhbərliyi ilə IX A sinfində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “ dəyirmi masa” təşkil olundu.
Mədinə Əsgərova ilk öncə şagirdlərə Ulu Öndərin həyat və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi. Daha sonra şagirdlər topladıqları məlumatları təqdim etdilər. Şagirdlər Aida Xubanova və Murad Zərbəliyevin hazırladıqları video- çarxların nümayişi ilə tədbir yekunlaşdı.