“ STEAM Azərbaycan Festival 2021”
Dekabrın 9- da Bakı EKSPO Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “ STEAM Azərbaycan Festival 2021” in ( SAF- STEAM Azərbaycan Festival) açılış mərasimi olub.Festivalda Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin komandası da iştirak etmişdir.
Festival çərçivəsində respublikanın müxtəlif bölgələrini təmsil edən 1000-dən artıq şagird 350-dən çox layihə təşəbbüsü ilə fərqli kateqoriyalar üzrə yarışlara qoşulmuşlar.
6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq, ünsiyyət imkanlarının və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsidir.
Şagirdlərimiz böyük maraqla festivalda iştirak edərək məktəbimizi layiqincə təmsil etmişlər.
Şagirdlərimizi festivala hazırlayan müəllimlərimizə dərin təşəkkür edirik.