“ Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir

        06.12.2021- ci il tarixində Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə Binəqədi Rayon Polis İdarəsi  və 7- ci bölməsinin rəisi polkovnik - leytenant Tuncay Abbasov, Binəqədi rayon yetkinlik yaşına çatmayanlarla işlər üzrə polis polkovnik - leytenant Müşfiq Abbasov, Yetkinlik yaşına çatmayanlarla işlər üzrə polis kapitanı Kamil Şərifov “ Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.

       BRPİ və 7- ci bölməsinin rəisi Tuncay Abbasov zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə , ətraf aləmin gözəlliklərindən - təbiətdən, mütaliədən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa çağırdı.

       Daha sonra məruzəçi şagirdlərə zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər haqqında geniş məlumat verdi.

       Tədbir şagirdlər tərəfindən çox maraqla qarşılandı və onları düşündürən suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi