"Nİzami Gəncəvinin 880 illiyi" 7 b sinfinin təqdimatı

   

       7 dekabr 2021-ci il tarixində " Dilimizi sevək və sevdirək " dərnəyinin üzvləri ilə birlikdə Bəşər tarixinin yetirdiyi böyük və ölməz söz ustadlarından biri olan Böyük Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir təşkil edildi. Tədbirdə dərnək üzvlərindən Nuray Nəzərova, Seyran Hümbətəliyev, Sevda Quliyeva, Özcan Sadiqov həmişəyaşar şairin həyat və yaradıcılığı haqqında çıxış etdilər.

       " Xəmsə" əsəri haqqında Kübra Heydərova, " Xeyir və Şər" poemasından Üzeyir Əlizadə və Nisə Muradova, " Sultan Səncər və qarı" poemasından Mirhüseyn Şirəlizadə və Səkinə Qurbanlı, "Kərpickəsən kişinin dastanı"nı isə Nəzrin Əliyeva və Babalı Emil əzbər söylədilər.Mələk Baxışova isə N. Gəncəvi haqqında Dahilərin Söylədikləri kəlamları, Əli Məmmədov, Zəhra Mirzəyeva və Kənan Məmmədov isə N.Gəncəvinin " Elm, Vətən, əmək, zəhmət, dostluq və məhəbbət haqqında söylədiyi kəlamları səsləndirdilər.

      Tədbirdə Dünya şöhrətli şairə şagirdlər tərəfindən hazırlanmış və həsr olunmuş video çarxlar da təqdim edildi.

      Sonda isə kitabxana müdiri Xatirə Rəsulovanın dahi şairin yaradıcılığı ilə bağlı söylədiyi suallar şagirdlər tərəfindən cavablandırıldı.

      Tədbirin sonunda Xatirə xanım da tədbirimiz haqqında öz fikirlərini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi