BULLİNQƏ SON!

         Bullinq nədir? Əvvəlcə bu suala cavab tapaq..Bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Xatırladaq ki, Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

        Qeyd edək ki, Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır.Əsasən bu bəlanın qurbanı yeniyetmələr olduğundan valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər.

        Bu gün məktəbdə “ Bullinqə son! “ mövzusunda maarifləndirici seminar keçirildi. Məktəbin psixoloqu S.Orucovanın rəhbərliyi ilə keçirilən tədbirdə məktəbin 7ci sinif şagirdləri iştirak edirdi.Tədbirdə çıxış edənlər Bullinqin məktəb mühitində başqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdlar tərəfindən göstərilən təzyiq olduğunu buraya şifahi qısnama, fiziki təzyiq və hər hansı bir məsələ, hadisə ilə bağlı şəxsin iradəsinin ziddinə fəaliyyət daxil olduğunu qeyd etdilər, bullinqə məruz qalan şəxslərin adətən, cinsi, dil, irq, din və s. kimi məsələlərdə təzyiqlə üzləşdiyini vurğuladılar. Eləcə də sosial və maddi durumu zəif olan, dərslərini yaxşı oxumayan, geyim tərzləri və görkəmləri xoşlanmayan və s. şagirdlərə qarşı yönələn təzyiqlərin də bullinqin səbəbləri olduğu xatırlandı. Çıxış edənlər, xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdilər, bundan yarana biləcək fəsadlar haqqında danışdılar.Tədbirdə eyni zamanda mövzuya həsr olunmuş maarifləndirici videoçarx da nümayiş olundu.Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı,bullinqə qarşı mübarizə yolları araşdırıldı.

        Seminarın təşkil olunmasında məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi