" Şəhidimizi tanıyaq" 10 A sinfi

Mən aşiq gözdə qara

Sürmədən göz də qara.

Yollarına baxmaqdan

Qalmadı gözdə qara.

     Görən bu bayatını ilk dəfə kim oxuyub?

Naləsi göyün yeddi qatını silkələyən ana, bacı, gəlin, yoxsa yol gözləyən nişanlı qızmı?

Ağır suladır.Təsəllimiz və cavabımız dəmir yumruq ətrafında birləşən, Vətən uğrunda canını fəda edən qəhrəman oğulları anmaq, yazdıqları Zəfər tarixini şagirdlərlə bölüşməkdir.

      Bu məqsədlə bu gün - 17.11.2021- ci il tarixdə 144 nömrəli məktəbin 10 A sinif şagirdləri ədəbiyyat müəllimi V.Aslanovanın rəhbərliyi ilə Şəhid Səmid Xoşbəxt oğlu Əliyevin xatirəsinə həsr olunmuş " Şəhidimizi tanıyaq"başlığı altında sinif saatı keçirdilər.Əvvəlcə Şəhid haqqında məlumat dinlənildi, sonra onun qısa, eyni zamanda nakam " Ömür kitabı" vərəqləndi,göstərdiyi şücaətdən söz açıldı.

      Sonda şagirdlərin hazırladıqları maraqlı videoçarxlar nümayiş olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi