11b və 11c sinifləri 276 nömrəli tam orta məktəbdə konfrasda iştirak etmişlər.
5 noyabr 2021-ci il tarixdə saat 14:00- da 276 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda dərslərə start verildi.Məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanda dövlət quruculuğu sahəsində Ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial- iqtisadi layihələr, qazanılan uğurlar haqqında şagirdlərə daha ərtaflı və dolğun məlumatlar çatdırmaqdan ibarətdir.
144 nömrəli tam orta məktəbdən də 11b və 11c sinif şagirdləri məktəbin biologiya müəllimi Bəsdi Bağırova ilə birlikdə sözügüdən dərslərdə iştirak etdilər.