03.11.2021. Şəhidlərə həsr olunmuş “Zəfər Günü! Qarabağ Azərbaycandır!”adlı tədbir keçirildi.

    Hər milllətin, hər torpağın öz adı var, öz ünvanı,

 Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı,

Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,

Nəsilllərə yadigardı, zaman yazdı bu dastan.

 

      2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə cəbhəboyu genişmiqüyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks- hücum əməliyatına başladı.44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.MüzəffərAli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

     Zəhmətdə uludur , zəfər də ulu

Eşidin qəlbimin qürur səsini!

             Qəhrəman yurdumun qəhrəman oglu

      Yazdı qəhrəmanlıq salnaməsini!

   

      03.11.2021- ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbdə “ Zəfər Günü! Qarabağ Azərbaycandır!” adlı möhtəşəm tədbir keçirildi.

Tədbir Dövlət Himni ilə başlandı. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və Humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi  A.Əsgərov, BŞTİ - nin Ümumi şöbəsinin müdiri Sevinc Rəsulova , Şəhid Sənan Axundov ,İzzət Həmidov, Hüseyn Tağıyev , Murad Məmmədli, Arəstə Baxışova , Nicat Nəsibovun ailə üzvləri , qazi A. Hacızadə , Bakı şəhəri 176 nömrəli tam orta məktəbin direktoru C. Bayramlı, jurnalistlər R. Məmmədova, Mətanət Akif qızı, bloqer Kamil Zeynallı , müəllimlər , valideynlər və şagirdlər iştirak edirdilər.

     Məktəbin dil- ədəbiyyat müəllimi Şəhla Bayramova və Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyevanın rəhbərliyi ilə ərsəyə gələn tədbirdə şagirdlər yüksək səviyyədə öz bacarıqlarını göstərdi.

    Sonda məktəbin direktoru Qənirə Sultanova qonaqlara və şagirdlərə öz dərin təşəkkürünü bildirərək “Zəfər Günü” nə həsr olunmuş möhtəşəm tədbirin aktuallığından danışdı. Ali Baş Komandan İlham Əliyevin 44 günlük II Qarabağ savaşındakı şücaətindən , dəmir yumruğundan söz açaraq , Zəfər tarixi yazan qəhrəman oğullara borcumuzdan danışdı.

    Tədbirdə iştirak edən qonaqlar yüksək səviyyədə hazırlanmış tədbir haqqında öz fikirlərini bildirərək iştirakçılara öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi