Şəhidlik zirvəsinə ucalan Qəhrəman Polkovnik - leytenant Vidadi Xəlilova həsr olunmuş sinif təşkilat saatı
Vətən müharibəsində şücaət göstərmiş Şəhidlərimizin həyat və mübarizə yolunu şagirdlərimizə tanıtmaq məqsədilə 29.10.2021- ci il tarixdə Bakı şəhəri
N. Babayev adına 144 nömrəli tam orta məktəbin sinif müəllimi Firəngiz Bayramovanın rəhbərlik etdiyi Şəhid Vidadi Xəlilovun adını daşıyan 3 C sinif şagirdləri ilə Şuşa həsrəti ilə şəhidlik zirvəsinə ucalan Qəhrəman Polkovnik - leytenant Vidadi Xəlilova həsr olunmuş sinif təşkilat saatı keçirildi.
İlk öncə Firəngiz Bayramova Vidadi Xəlilovun həyatı və hərbi şücaətləri haqqında şagirdlərə geniş məlumat verdi . Sonra şagirdlər Şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.
Sonda Şəhidin qohumu Kəmalə Mirzəliyeva Vidadi Xəlilovla bağlı xoş və unudulmaz xatirələri ilə bölüşdü.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!