“ Hərbi Qənimətlər Parkı” 5 B sinfi

         28.10.2021- ci il tarixində Bakı şəhəri N. Babayev adına 144 nömrəli məktəbin 5 B sinif şagirdləri açıq səma altında “ Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər. Park Azərbaycan Silahlı Qüvvələrinin II Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub.

         Ekskursiya zamanı şagirdlər düşməndən qənimət götürülmüş və məhv edilmiş texnikası olan atıcı silahları , ağır texnikaları , raket kompleksləri , hərbi nəqliyyatları və digər sursatları izləyə bildilər.

       “ Hərbi Qənimətlər Parkı” nı ziyarət etdiyimiz zaman, təsadüfən, Banu qızımızın Laçında hərbi xidmətdə olan hərbiçi dayısı görüntülü zəng etdi. Şagirdlərimiz sevinc hissi ilə hərbiçimizi salamlayıb sağ salamat qayıtmasını arzuladılar.

       Allah Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və hal-hazırda hərbi vəzifəsini yerinə yetirən hərbiçilərimizə sağ- salamat ailələrinə qovuşmağı nəsib etsin. AMİN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi