“ Zəfər yürüşü” adlı rəsm sərgisi 5B sinif şagirdi Banu Muxtarlı
26.10.2021- ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbdə “ Zəfər yürüşü” adlı rəsm sərgisi təşkil olunmuşdur. Müxtəlif siniflərdən olan şagirdlərin rəsm işləri sərgidə nümayiş olunmuşdur.
Xüsusi marağa səbəb olan isə məktəbin 5B sinif şagirdi Banu Muxtarlının çəkdiyi rəsm işləri olmuşdur. Banu vətənpərvərlik hisslərini öz çəkdiyi rəsmlərdə əks etdirmişdir. Əslən Füzulidən olan Banunun ən böyük arzusu tezliklə doğma diyarında çəkdiyi rəsmləri nümayiş etməkdir.