5 c sinfi Şəhid Murad Məmmədlini yad etdilər.
Murad Məmmədli! Məktəbimizin Şəhid məzunu! Nəşi 46 gündən sonra tapılaraq ailəsinə verilən ll Qarabağ savaşının Şəhidi!
21.10.2021- ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Vəsmiyə Aslanovanın rəhbərliyi ilə 5 c sinif şagirdəri Muradın anım gününü qeyd etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Qənirə Sultanova açdı. Sonra söz şagirdlərə verildi. Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva şagirdlərə 44 günlük müharibənin acı həqiqətlərindən şagirdlərə məlumat verdi.Sonda şagirdlər Şəhidin güşəsinə qərənfillər qoyaraq ona ehtiramlarını bildirdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin!