2 a sinfi şəhid Murad Məmmədlini yad etdi.
Sülh deyib sizlərə zaman vermişik,
Sən demə zalıma aman vermişik,
Apreldə cavabın yaman vermişik,
Mən əsgər andını içib gəlmişəm.
21.10.2021- ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbdə əsgər andını içib döyüşə atılan məktəbimizin məzunu Murad Məmmədlinin şəhadətə qovuşduğu gündür.Məktəbin ibtidai sinif müəllimi Aksana Səfərovanın rəhbərliyi ilə 2 A sinfinin şagirdləri şəhidin anım gününü qeyd etdilər.Körpə balaların söylədikləri şeirlərdə düşmənə nifrət , Xalqına, Vətəninə, Şəhidinə məhəbbət hissi özünü qabarıq şəkildə göstərirdi.Vətənpərvərlik ruhunda böyüyən bu körpələr özünü sanki bir döyüşçü hiss edir, 44 günlük müharibənin iştirakçısı kimi aparırdılar.Qürurvericidir ki, məktəbimizin şagirdləri bu ruhda böyüyür,təhsil alır.