Şəhid Məmmədov Vüsal Aftandil oğlunun xatirəsi
19.10.2021- ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin musiqi müəllimi Təranə Hüseynovanın rəhbərliyi ilə məktəbin 7 c sinif şagirdləri Il Qarabağ savaşında qəhramancasına həlak olan Şəhid Məmmədov Vüsal Aftandil oğlunun xatirəsinə həsr olunmuş bədii kompozisiya təqdim etdilər.
Musiqi müəllimi Təranə Hüseynova şagirdlərə Şəhidin həyat və döyüş yolu haqqında geniş məlumat verdikdən sonra şagirdlər Şəhidin xatirəsinə həsr olunmuş şeir və musiqi kompozisiyasını təqdim etdilər.
Allah Şəhidlərimizə rəhmət eləsin!