"Nailiyyətlər və perspektivlər"
Bu gün N.Babayev adına 144 N- li tam orta məktəbdə MDB PAA DİMBİ-nin təşəbbüsü ilə keçirilən " Azərbaycan Respublikasında müstəqilliyin 30 ili.Nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən inşa- yazı müsabiqəsinin təqdimatı oldu.Təqdimat pandemiya qaydalarına tam riayət olunmaq şərtilə keçirildi.Təqdimat mərasimini məktəbin direktoru Qənirə xanım Sultanova açaraq ilk önca tədbirdə iştirak edən qonaqları salamladı və onları təqdim etdi.Təşəbbüsün aktuallığından, şagirdlərin müsabiqəyə həvəslə qatılmağından söz açdı .Tədbirdə təşkilatın rəhbəri Teymur Muradov, müavin Nigar xanım, müşavir Altay Cəfərov, BŞTİ-nin inkişaf layihələri üzrə sektorunun müdiri Günay Qurbanova və Nərmin xanım iştirak edirdilər.
Söz Teymur müəllimə verildi.O, şagirdlərin bu müsabiqədəki bilik və bacarıqlarından , onların yaradıcı təfəkküründən danışdı, onlara öz tövsiyələrini bildirdi.Sonda qaliblər dəyərli hədiyyələr və sertfikatlarla mükafatlandırıldı.