10 c sinfində Azərbaycan dili dərsi .Layihənin aparılması.
Bu gün 10 c sinfinin Azərbaycan dili dərsində layihənin -qəzet maketinin hazırlanması üçün şagirdlər qruplara bölündü, qruplar arasında iş bölgüsü aparıldı, görəcəkləri işlər müəyyənləşdirildi.
Layihənin hazırlanmasında məqsəd əlavə materiallar toplamaq, şagirdlərdə yaradıcılıq qabiliyyətlərini artırmaq, dünyagörüşlərini inkişaf etdirməkdi.
Layihənin rəhbəri məktəbin direktoru, eyni zamanda həmin sinfin dil-ədəbiyyat müəllimi Qənirə Sultanovadır.