Yanğın təhlükəsizliyi haqqında .2021-2022

 Bu gün Binəqədi rayonu N.Babayev  adına 144 nömrəli tam orta məktəbdə 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru daxili xidmət mayoru Natiq Alıkişiyevin iştirakı ilə müəllim və şagird kollektivi ilə yanğın haqqında təbliğat xarakterli maarifləndirici söhbətlər aparmışdır.

Natiq Alıkişiyev  baş verən yanğın zamanı yanğınsöndürmə balonundan necə istifadə etmək, yanğın zamanı ondan necə qorunmaq qaydalarını göstərmiş, yanğın baş verməməsi üçün nələrə diqqət edilməsi haqqında mülahizələr söyləmişdir:

       Yanğın - yanma ilə yanaşı müəyyən zaman və məkan hüdudunda inkişaf edən kütlə və istilik mübadiləsi təzahürlərini özündə əks etdirən mürəkkəb fiziki - kimyəvi prosesdir. Bu təzahürlər qarşılıqlı əlaqədədir və yanğın parametrləri, yəni yanıb qurtarma sürəti, hərarəti və s. ilə xarakterizə olunur.

Yanğının insanlara təsir edən təhlükəli amilləri aşağıdakılardır :

- açıq alov və qığılcımlar;

- ətraf mühitin və əşyaların yüksək temperaturu;

- zəhərləyici yanma maddələri, tüstü;

- oksigen çatişmazlığı;

- tikinti konstruksiyalarının, aqreqatların və qurğuların uçulub düşən hissələri, həmçinin partlayışların təhlükəli amilləri.

        Unutmaq olmaz ki, yanma zamanı havada zəhərli qazlar yaranır və oksigenin miqdarı azalır. Buna görə də unutmaq olmaz ki, yanğın vaxtı yalnız alov deyil, həm də bu zaman yaranan tüstü də olduqca təhlükəlidir.

         Bəzi hallarda yanmanı ləğv etmək üçün sudan istifadə etmək olmaz. Unutmaq olmaz ki. su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazlar yanarkən su ilə söndürülməsi yolverilməzdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi