"Yeniyetməlik yaş böhranı və intiharın profilaktikası" Seminar
Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, bölmənin metodistləri Heyran Səfərova və Əziz Kərimovun təqdimatında idarənin tabeliyində olan ümumtəhsil məktəblərinin 6-11-ci siniflərinin rəhbərləri üçün yeniyetməlik yaş böhranı və intiharın profilaktikası mövsusunda seminar təşkil olundu. Seminarda intihar riskini dəyərləndirərkən diqqət yetiriləcək amillərə,qarşısını almaq üçün qoruyucu təsirlərə, intihar ərəfəsində diqqət çəkəcək məqamlara, istifadə edilən ifadələr barədə maarifləndirici məlumatlara toxunuldu, tövsiyələr verildi.
Məktəbimizin psixoloqu Səbinə müəllimə, 8a sinif rəhbəri Q. Səidə, 7c sinif rəhbəri Q. Sevil, 9a sinif rəhbəri Ə. Mədinə, 11b sinif rəhbəri B. Yeganə müəllimə də iştirak etdilər.