2021-2022 -ci Zəfər soraqlı tədris ili

       Bu gün 22 sentyabr 2021-2022 –ci tədris ilinin ilk günüdür.Məktəbdə tədris ilinin başlanması və Zəfər gününə həsr olunmuş bayram tədbiri keçirildi.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

       Bayram tədbirini məktəbin direktoru Qənirə xanım Sultanova açaraq şagirdləri, pedaqoji heyəti, valideynləri və “Birinciləri” yeni –Zəfər soraqlı tədris ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik etdi.Keçən  tədris ilində əldə olunan uğurlardan, məktəbin reytinqindən,11a sinfinin 100% qəbulundan və qarşıda duran məsələlərdən, məktəbin hədəfindən danışdı.Müəllimlərin əməyini xüsusilə vurğuladı.

      Tədbirdə keçən tədris ilində 100% nəticə əldə etmiş məzunlar da iştirak edirdi.Qənirə xanım onların hər birini qazandıqları nailiyyətlərə görə təbrik etdi. Məktəb həyatına ilk dəfə qədəmlərini basan birincilərə xoş arzularını bildirdi. Məktəbin fizika müəllimi Abbasova Nəzakət xanım Fəxri fərmanla təltif olundu.

     Şagirdlərin təqdimatında mahnılar səsləndi, çıxışlar dinlənildi və Vətənə, elmə həsr olunmuş şeirlər söylənildi.Bu il məktəbə ilk addımlarını qədəm qoyan balalarımızı, həmçinin şagirdlərimizi, müəllimlərimizi dərs ilinin başlanması münasibətilə təbrik edirik, müdriklik və uğurlu yaradıcılıq arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi