Mehinbanu Bayramlı (8 -ci sinif) Türk səfirliyində

     Türkiyə səfirliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun təşkilatçılığı ilə Azərbaycanın dahi bəstəkarı, musiqişünas alimi, publisisti, dramaturqu, pedaqoqu olan Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, diplomatik korpusun nümayəndələri, səfirlər, dövlət rəsmiləri iştirak ediblər.

    Tədbirdə məktəbimizin 8a sinif şagirdi Mehinbanu Bayramlı da "Buta" qanunçalanlar qrupunun tərkibində kanonda Üzeyir Hacıbəyovun əsərlərini səsləndirmiş, səhnəciklərdə rol almışdır.

    Bu gözəl tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi