Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “ Açıq qapı” tədbiri
05.07.2021- ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin bir qrup müəllim heyəti, valideyn və şagirdləri ilə birlikdə Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “ Açıq qapı” tədbirində iştirak etdik.
Tədbirin keçirilməsində məqsəd bu il təhsil pilləsinin yüksək texniki peşə təhsili səviyyəsinə imtahan vermədən yiyələnmək üçün gənclərin marağının artırılması və bu istiqamətdə onların və valideynlərin maarifləndirilməsindən ibarət idi .
Tədbir çox yüksək səviyyədə həyata keçdi. Ümüd edirik ki, şagirdlərimiz bu təklifləri layiqincə dəyərləndirəcəklər.