"Son Zəng" 2021 14 iyun

 Əlvida deməyə gəlməyir dilim,

   Səninlə on bir il keçən günlərim,

    Həyatda ən gözəl məktəb illərim

             Mənə yadigardı, bu günüm Son Zəng.

 

    Bu gün məktəbimizdə “Son zəng” tədbiri təşkil olundu.Tədbirdə məktəbin direktoru Sultanova Qənirə xanım, müəllim heyəti və məzunlarımız iştirak edirdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.Qənirə xanım tədbiri açıq elan etdi , eyni zamanda on birinciləri təbrik etdi, gözəl,xoş arzularını onlara dilədi.Tədbirdə iştirak edən müəllimlər də bu təbriklərə qoşuldular və müstəqil həyat yoluna qədəm qoymaları münasibətilə ürəkdən təbrik etdilər.Daha sonra Zəhra qızımız öz gözəl “Nəlbəki” rəqsi ilə çıxış etdi.

    Nəhayət...11 ilin son zəngi çalındı.Əziz məzunlar hər birinizi tədrik edirik.Hər kəsə tələbə adı qazanmağı və müstəqil həyat yolunda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi