“Məişət zorakılığına və uşaq əməyinin istismarına yox deyək!” adlı onlayn dəyirmi masa

       11 iyun 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Məişət zorakılığına və uşaq əməyinin istismarına yox deyək!” adlı onlayn dəyirmi masa keçirilib.

     Tədbirdə -1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə xanım Abdullayeva, direktor müavinləri, mərkəzin əməkdaşları, dərnək üzvləri, valideynlər, yunan-roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, Bakıda keçirilmiş 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, şöhrət ordenli əməkdar idman ustası, Arif Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan məktəbin fiziki hazırlıq üzrə inspektoru, polis-leytenantı Elvin Mürsəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Amil Zeynalov, “Nirvana Education and Training Center” və “American Education College” təlim mərkəzlərinin psixoloq və təlimçisi Xuraman xanım Qənbərova, “İnci” psixologiya mərkəzinin psixoloqu Aydın Əliyev iştirak ediblər.

    Tədbirin keçirilməsində məqsəd- uşaqları məişət zorakılığı, onun yaranma səbəbləri, bu problemin dövlət və cəmiyyət tərəfindən həlli mövzusunda maarifləndirmək, uşaq hüquqları, uşaq əməyinin istismarının qarşısının alınması barədə məlumat vermək idi.

    Tədbirdə mərkəzin dərnək üzvləri tərəfindən hazırlanmış videoçarx iştirakçılara təqdim olunub. Qonaqlar mövzu ilə bağlı ətraflı məlumat verdikdən sonra tədbir iştirakçıları öz suallarını səsləndiriblər.Eyni zamanda məktəbimizin 8-ci sinif şagirdləri Əliyeva Zəhra və Abbas Məryəm də bu tədbirdə fəal iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi