1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Hər uşaq bir çiçəkdir
Gülümsəyir günəşə.
Hər ana körpəsiylə
Xoşbəxt olsun həmişə!
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.
Məktəbimizin 1b sinfinin şagirdləri və sinif rəhbəri Əliyeva Aynur bu günün sevincini məktəbin qarşısında maraqlı şeirlər söyləməklə nümayiş etdirdilər.