"Qarabağ arzularımız" 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi

      21 may 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin dərnək üzvləri üçün “Cənnət diyarımız Qarabağ” adlı maarifləndirici onlayn tədbir keçirilib.

    Tədbirin keçirilməsində məqsəd Azərbaycanın dilbər güşəsi olan Qarabağın təbiətinin dünəni, bu günü haqqında ətraflı məlumat vermək, erməni təcavüzü nəticəsində təbiətə vurulmuş ziyanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə uşaqlara məlumat vermək idi.

    Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə xanım Abdullayeva, direktor müavinləri, mərkəzin əməkdaşları və dərnək üzvləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məsləhətçisi Dünya xanım Həsilova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ekoserv proqramı layihəsi üzrə ofis assestentı Natiq İsmayılov iştirak ediblər.

    Mərkəzin dərnək üzvləri tərəfindən hazırlanmış Qarabağla bağlı ürək sözlərindən ibarət slayd iştirakçılara təqdim olundu.144 nömrəli məktəbin şagirdləri-Pünhan və Hökümə də bu tədbirdə iştirak etmişlər.

   Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşı Natiq İsmayılov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məsləhətçisi Dünya xanım Həsilova mövzu ilə bağlı ətraflı məlumat verdikdən sonra tədbir iştirakçıları öz suallarını səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi