21.05.2021-ci il Pedaqoji Şura
21.05.2021-ci il tarixdə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbdə Microsoft Teams platforması üzərindən onlayn formada Pedaqoji Şura iclası keçirildi. İclasda dərslərin təşkili, sinif jurnallarının işləmə vəziyyəti, qarşıda gözlənilən şagirdlərin yekun qiymətləndirilməsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərdiyi sənədlər haqqında məlumat verildi.
Məktəbin rəhbəri Qənirə Sultanova direktor müavinləri Kəmalə Mirzəliyeva və Mirvari Fərəcovanın təqdim etdiyi "Arayış"lar və gördükləri işlər barədə də məlumat verdi.Sonda Pedaqoji Şurada qoyulan məsələlərlə bağlı müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi.