Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir."Ədəbiyyatsevərlər" dərnəyinin üzvləri.

    8 may 2021 ci il tarixdə Vl b sinfinin iştrakı ilə" Dilimizi sevək və sevdirək" dərnək məşğələsində Həcər Həsənovanın rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.

    Dərnək məşğələsində Ulu öndərin həyat və yaradıcılıq yolu haqqında Muradova Nisə və Nəzərova Nuray çıxış etdi.Məmmədov Əli, Məmmədzadə Məhəmmədəli, Əsgərova Əsli və Xəlilov Emil isə Zəlimxan Yaqubun yazdığı " Bir dahi doğulub gəldi dünyaya "şeirini əzbər söylədilər.

     Xəlil Rza Ulutürkün yazdığı "Dədə Heydər -Ulu Türk " şeirini isə Şirəlizadə Mirhüseyn təqdim etdi.

     Qurbanlı Səkinə , Əsgərova Əsli və Məmədova Nəzrin isə Qabil Ədalətin yazdığı" Ulu bir sərkərdə" şeirini təqdim etdilər.

     Dərnək üzvlərindən Əlizadə Üzeyir, Məmmədov Kənan və Babalı Emil isə Ulu öndərin dil haqqında, təhsil və elm haqqında, iqtisadiyyat haqqında və elm xadimləri haqqında söylədiyi müdrik fikirlər və kəlamlara da müraciət etmişlər.

     Ulu öndərin 98-ci il dönümünə həsr olunmuş tədbirdə məktəbimizin direktotu Q. Sultanova və direktor müavini K. Mirzəliyeva da iştrak etmişdi. Hər 2 rəhbərə dərnək üzvlərinin adından dərin təşəkkürümzü bildiririk. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi