” Müdrük siyasət və Qarabag Zəfəri “ 8 a sinif şagirdi Aida Xubanova

        Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında "Müdrik siyasət və Qarabağ Zəfəri “ mövzusunda iki mərhələdən ibarət referat yazı müsabiqəsi keçirilib.

      Yekun konfransın qərarına uyğun olaraq təqdim olunan işlərdən xüsusi ilə fərqlənənlər seçilib və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “ Müdrik siyasət və Qarabağ Zəfəri “ adlı nəfis tərtibatlı kitab şəklində çap edilib.

     Qürür vericidir ki, Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin 8 a sinif şagirdi Aida Xubanova bu müsabiqədə iştirak edib və qaliblərdən biri olub.

     Bu münasibətlə Aidanı 144 ailəsi adından təbrik edir və uğurlar arzulayırıq !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi