Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir.6a sinif şagirdləri.

      07.05.2021- ci il tarixdə Bakı Şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin tarix müəllimi Mədinə Əsgərovanın rəhbərliyi ilə 6 a sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98- ci ildönümünə həsr olunmuş Microsoft Teams platforması üzərində onlayn tədbir keçirmişlər.

     Tədbirdə şagirdlər ürəyi Azərbaycan qədər geniş, Odlar yurdu qədər hərarətli, Vətənimizin, dövlətimizin, xalqımızın inkişafı ,azadlığı, istiqlalı yolunda ömrünü şam kimi əritmiş,  milli dövlətçiliyin əsasını qoyan  dahi lideri-Ulu Öndəri xoş sözlərlə xatırladılar.

      Onun bizə qoyub getdiyi əmanəti - Müstəqil Azərbaycanı qoruyacaqlarına söz verdilər.

     “Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz  Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! “.- dahi Ulu Öndərimiz Heydər Əliyev.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi