"Nizami dünyası" adlı intellektual müsabiqə.Ədəbiyyat müəllimləri ilə onlayn görüş.

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12.03.2021- ci il tarixli F-56 nömrəli əmri ilə təsdiq edilmiş “ Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın 6-cı bəndinin icrasını təmin etmək məqsədilə “ Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında “ Əsasnamənin 15.6- cı bəndini rəhbər tutaraq Bakı şəhəri ümumtəhsil müəssisələrinin lX- Xl sinif şagirdləri arasında 2021- ci ilin may ayında “ Nizami dünyası “ adlı intellektual müsabiqə keçirilməsi haqqında əmr imzalanıb.

     Bununla əlaqədar Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanova, Tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mirzəliyeva və məktəbin ədəbiyyat müəllimlərindən ibarət komissiya yaradılmışdır.

     05.05.2021- ci il tarixdə Microsoft Teams platforması üzərində komissiyanın onlayn toplantısı keçirilmişdir.Toplantıda müsabiqədə məktəbi layiqincə təmsil edən şagirdlərin namizədlikləri geniş müzakirə olunmuşdur.

     Müsabiqədə dahi Nizami yaradıcılğını sevən hər  bir şagirdə, o cümlədən 144 nömrəli tam orta məktəbə də uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi