N.Gəncəvinin 880 illiyinin tamam olması münasibətilə "Nizami ili" elan olunmuşdur.
"O şey ki bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır."
- deyən, o gizli xəzinənin açarını əlinə alan, Şəqr ədəbiyyatını öz " Xəmsə"si ilə silkələyən saraylarda hökm sürən zülmdən , haqsızlıqdan qorxmayan dahi N.Gəncəvinin bu il 880 illiyi tamam olur.Parlaq dühası ilə əsrinin fövqünə qalxan, bəşəri ideyalar , mütərəqqi fikirlər müəllifi kimi tanınan şairin şərəfinə 2021- ci il ölkə Perezidenti tərəfindən "Nizami ili " elan edilmişdir.
Pandemiyanın hökm sürdüyü bir vaxtda 144 nömrəli tam orta məktəbin şagirdləri , xüsusən 9- cu sinif şagirdləri şairin əsərlərini sevə- sevə oxuyur, hər biri öz sevgisini yaratdığı rəsm əsərlərində, yazdıqları essedə, söylədikləri şeirlərdə göstərməyə çalışırlar.